Alıcı hələ mövcud olmayan bir binaya sərmayə qoyur. Çertyoj bunu izah edir, render göstərir, maket isə inandırır.
Maketin ətrafına toplaşan insanlar təqdimata baxmır, layihəni müzakirə edir. Buna görə satış zalının mərkəzində ekran yox, maket dayanır.
Etibar
Əllə toxunula bilən model bir kliklə dəyişmir. O, layihənin arxasında duran sözün çəkisini göstərir.
Aydınlıq
Bina ətrafı ilə birlikdə görünür: yol, həyət, qonşu məhəllə, dəniz. Çertyoj oxumayan alıcı da layihəni bir baxışda anlayır.
Səviyyə
Maketin işlənmə keyfiyyəti layihənin keyfiyyəti haqqında ilk fikri formalaşdırır.
Seçilmiş işlər
Hər biri konkret bir məkan üçün hazırlanıb: satış zalı, sərgi, rəsmi təqdimat.








İstənilən mürəkkəblikdə, istənilən ölçüdə
- 01
Yaşayış kompleksləri
Fasadın ritmi, həyətin planı, mərtəbələrin sayı. Alıcı öz mənzilinin yerini maketdə barmağı ilə göstərə bilir.
- 02
Kurort layihələri
Sahil xətti, villalar, yollar və yaşıllıq bir kompozisiyada. Geniş ərazi bir masaya sığır.
- 03
Baş planlar
Şəhərsalma və ərazi inkişafı layihələri üçün. Qərar verənlər bütöv mənzərəni eyni anda görür.
- 04
Təqdimat və sərgi maketləri
Sərgi stendi, rəsmi təqdimat və investor görüşləri üçün hazırlanan maketlər.
Çertyojdan satış zalına qədər
- 01
Tanışlıq
Çertyojları və 3D modeli öyrənir, maketin harada və kimə göstəriləcəyini soruşuruq.
- 02
Miqyas və material
Miqyası, detallıq səviyyəsini və materialları sizinlə birlikdə müəyyən edirik.
- 03
İstehsal
Hər hissə ayrıca hazırlanır, sonra vahid kompozisiyada yığılır.
- 04
Təhvil
Maketi yerinə çatdırır, quraşdırır və təhvil veririk.
Layihəniz masanın üstündə necə görünəcək?
Çertyojlarınızı və ya 3D modelinizi göndərin. Miqyas, detallıq səviyyəsi və təhvil müddəti barədə təkliflə geri qayıdaq.
- Telefon+994 55 501 50 10
- Instagram@maket.az
- ÜnvanBakı, Xətai rayonu, Mədinə Gülgün küç. 2
- İş saatlarıBazar ertəsi – Cümə, 09:00–18:00